TALEYİ YAŞAMAQ MÖMİNLƏR ÜÇÜN BİR KOMFORT VƏ
HÜZUR VƏSİLƏSİDİR

Müsəlmanın
gündəlik həyatında müxtəlif çətinliklərlə və sıxıntılarla qarşılaşması
həm imtahanıdır, həm də axirətdə qovuşmağı
ümid etdiyi cənnət yurdu ilə müqayisə edə
biləcəyi bir xoşbəxtlik vəsiləsidir, həm də çətinliklərlə asanlıqların,
rahatlığın müqayisə edilməsindən meydana
gələcək yüksək bir zövq qaynağıdır. Dünyada möminlərin o
insana qarşı hörmət və sevgilərini artıran, özlərinə nümunə
götürmələrinə səbəb olan, Allahın izni ilə
yaxınlarına müsbət təsir edən, qısacası, xeyir və gözəlliklərlə dolu
olan Rəhmani bir nemətdir.
Şeytanın vəsvəsəsilə, bəzən kiçik kimi görünən bir mövzunu adamın tale
xaricində - Allahın rəhməti, məlumatı
xaricində olduğunu zənn etməsi və ya unutması bir
xəstəlikdir. Möminin bu xəstəliyi diqqətlə, ehtiyatla müalicə
etməsi və bu xəstəliyə tutulmaqdan qaçınması
lazımdır.
Məsələn, çox izləmək istədiyi bir televiziya proqramına baxa bilməməsi
və ya yeyəcəyi bir şeyi sifariş verməyi
unutması kimi hadisələrin hamısında xeyr və hikmət vardır. Bəzən
insan bunu detalları ilə görər, bəzən də görə bilməz və ya çox
azını görər. Məsələn, bir televiziya
proqramını qaçırar, lakin bu zaman müddətində xeyirli bir xidmət,
xeyirli bir təfəkkür üçün vaxt qazanmış olar.
O təfəkkürlə, bəlkə də, ömür boyu gözəl xidmətinin
gücünü artıracaq bir məlumat əldə edər. Və ya bu müddət ərzində
Allahı zikr edər və televiziyadan alacağı
savabdan daha çox savab qazanar. Yemək bir şey ismarlamağı
unutduğunda isə, bu onun xəstəliyinin keçməsi üçün vəsilə olan
bir pəhriz hökmündə ola bilər.
Təzyiqi yüksək bir insan, pendir almağı unudub, o gün pendir
yeməsə təzyiqi normala dönər. Təvəkkül etdiyi
üçün savab qazanar, xeyirə yozduğu üçün
Allahın razılığına səbəb olar. Üstəlik gözəl
xasiyyətli və təvəkküllü davranışı, möminlərin
sevincini, sevgisini daha da artırar. Bəlkə xəstəlik daşıyan bir
pendirsə, ondan xilas olmuş olar.
İnsanın gündəlik həyatındakı bu cür nümunələrin sayı həddindən artıq
çoxdur. Buna görə, bu mövzunun çox yaxşı başa
düşülməsi, ağıldan heç çıxarılmaması çox əhəmiyyətlidir.
İnsanın qarşılaşdığı kiçik və ya böyük hər hadisə taledədir.
Şeytanın "bunlar tale ilə əlaqəli deyil"
kimi pıçıltısına qarşı möminlərin daim oyanıq və diqqətli olması
lazımdır. Bu mövzunu tam anlayıb heç unutmadan
ağlında tutmaq, hər hadisəyə, hər şeyə xeyr və
hikmət gözüylə baxıb Allahın gözəl planı daxilində inkişaf edən bütün
hadisələri belə qiymətləndirmək, axirət və
dünya üçün böyük bir nemətdir. Mömin üçün ağıl, iradə,
rahatlıq və hüzura vəsilə olan bir gerçəkdir.

ANA SƏHİFƏ
|