OLUB BİTƏNLƏRİ GƏLƏCƏKDƏN İZLƏMƏK

İman edən bir
insanın yer üzündə imtahan edildiyinin fərqində olması, hadisələri
gələcəkdən izləməsinə də şərait yaradar. Bəs "olub bitənləri
gələcəkdən izləmək" nə deməkdir?
Bir insanın
qarşısına nə tale böyük bir çətinlik və sıxıntı çıxarsa çıxsın, bu
vəziyyət tamamilə keçici olduğunu bilməlidir. Məsələn, bir adam etmədiyi
bir şeyə görə günahlandırılıb, haqsızlığa uğraya bilər. Ancaq, həqiqətin
ortaya çıxacağı bir zaman mütləq gələcəkdir. Əgər haqsızlığa uğrayan
adamın çəkdiyi cəzası dünyada sona çatmayıbsa belə, hesab günü ona qarşı
ədalətli davranmayan şəxslər mütləq etdiklərinin qarşılığını görəcəklər.
Eyniylə, haqsızlığa uğrayan adam da, bu vəziyyətə səbr etdiyi üçün hesab
günü gözəl bir qarşılıq ümid edə biləcək. Zaman sürətlə irəli gedir və
dünyadakı hər hadisə kimi bu hadisə də göz açıb bağlayana tale keçən
bir müddət içində sona çatacaq. Bundan əlavə, Quranda Müsəlmanlar üçün
hər çətinliklə bərabər bir də asanlıq yaradılacağı xəbər verilmişdir:

“Sözsüz ki,
hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca
asanlıq gəlir.”
(Şərh
Surəsi / 5, 6)

İman edən
insan Rəbbimizin sonsuz ədalətinə güvənər, çətinliyin ardınca gələcək
asanlığı gözləyər və içində olduğu vəziyyətə görə ümidsizliyə qapılmaz.
Yaşadığı çətinliklərin istər dünyada, istərsə axirətdə qarşısına bir
gözəllik olaraq çıxacağını xatırlayar. Bax bu da, insanın olub bitənləri
gələcəkdən izləyə bilməsidir.
Müsəlman talein tamaşaçısı olduğunu bilər. Bu sirrin gözəlliyi olaraq da hər
şeyi böyük bir təvəkkül, təslimiyyət və səbir içində izləyər.
Hadisələrin necə inkişaf edəcəyi ilə bağlı da hər hansı bir müdaxilə,
maneə ya da dayandırma imkanı olmadığının şüurundadır. "... Olar ki
xoşunuza getməyən bir şey, sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz
şey də sizin üçün bir şərdir. Allah bilər də, siz bilməzsiniz." (Bəqərə
Surəsi / 216) ayəsini qətiliklə ağılından
çıxarmaz. Necə ki Allah qullarına, "əgər iman etmişlərsə" ,
başlarına gələn hər bir müsibətin sonunda mütləq gözəllik və xeyr
olacağını müjdələmişdir. Bu müsibətlər möminin özünü təlimləndirməsinə,
imani mövzularda dərinləşməsinə, əxlaqını gözəlləşdirməsinə,
yetkinləşməsinə və cənnətdəki dərəcəsinin artmasına bir vəsilədir.
Bunu da
unutmamaq lazımdır ki, bu yalnız Allaha səmimi olaraq iman edən və
taleyə təslim olan insanların daimi olaraq yaşaya biləcəkləri bir ruh
halıdır. Dindən uzaq yaşayan insanlar isə, qarşılaşdıqları hadisələrdə
taleyə olan təslimiyyətsizlikləri səbəbilə ümidsizliyə, qorxuya,
həyəcana qapılar və heç cür çıxış yolu tapa bilməyəcəklərini düşünərlər.
Axirətlə bağlı ümidləri və gözləmələri də olmadığı üçün hər vaxt narahat
bir ruh halı içində yaşayarlar. Belə insanların yaşadıqları ruhi hal bir
ayədə belə xəbər verilmişdir:

Allah kimi
doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq
istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı
edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar.
(Ənam
Surəsi / 125)

Ayədə
bildirilən sıxıntılı ruh halı, bəhs edilən belə insanların taleyə təslim
olmadıqlarından qaynaqlanan, öz-özlərinə etdikləri bir zülümdür. Sonsuz
ağıl və qüdrət sahibi olan Allahın insanın taleyini istiqamətləndirməsi,
hər şeyin hakimi olması iman edən bir insan üçün çox böyük bir nemətdir.
Ancaq imanı zəif olan və ya iman etməyən insanlar bu nemətin qiymətini
bilməzlər. Buna görə, taleyə təslimiyyət göstərə bilməz və həyatları
boyunca hər an çətinliklərə məruz qalarlar. Əslində bu vəziyyət,
təvəkkülsüzlüyün mənəvi bir cəzası olaraq dünyada verilən qarşılıqlardan
biridir. Və bu insanlar öz özlərinə bilərək zülm edirlər:

Həqiqətən,
Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm
edərlər.
(Yunus
Surəsi / 44)

ANA SƏHİFƏ
|